AŞPA: “Aşağı seçici fəallığı referendumun Ermənistan ictimaiyyətinin ehtiyaclarından deyil, siyasi maraqlardan əsasını götürməsinin göstəricisidir”

AŞPA: “Aşağı seçici fəallığı referendumun Ermənistan ictimaiyyətinin ehtiyaclarından deyil, siyasi maraqlardan əsasını götürməsinin göstəricisidir”
# 07 dekabr 2015 12:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Aşağı seçici fəallığı referendumun Ermənistan ictimaiyyətinin ehtiyaclarından deyil, siyasi maraqlardan əsasını götürməsinin göstəricisidir.”

APA-nın xəbərinə görə, bu barədə AŞPA müşahidə missiyasının dekabrın 6-da Ermənistanda keçirilən konstitusiya islahatları ilə əlaqədar yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, islahatlar prosesi kifayət qədər inklüziv olmayıb:

“Parlamentin islahatlar mətnini müzakirə etməsi üçün bir neçə həftəsi olub. İctimai debatların isə iki aylığa məhdudlaşdırılması razılıq əldə olunmasının qarşısını alıb. Konstitusiya dəyişikliyinin əsasında duran əsas məsələ–prezidentli respublikadan parlamentli respublikaya keçid- bir çox vətəndaş tərəfindən hazırki prezidentin ikinci səlahiyyət müddəti başa çatandan sonra hakimiyyətdə qalma vasitəsi kimi dəyərləndirilib.”

Məlumatda, həmçinin, seçici siyahılarında daimi xaricdə yaşayan, həlak olmuş şəxs adlarının qeyd edilməsi, karusel, seçicilərin iradəsinə təsir etmə, icraçı orqanlar tərəfindən səlahiyyətlərin sui-istifadə edilməsi, səs sayma prosesi zamanı yol verilən çatışmazlıqlar və fiziki imkanları məhdud olan şəxslər üçün əlverişli şəraitin yaradılmaması kimi problemlərin qeydə alındığı bildirilib.

Qeyd edək ki, AŞPA-nın qarışıq partiyalardan ibarət nümayəndə heyəti dünən Ermənistanda keçirilən konstitusiya islahatları ilə bağlı referendumu müşahidə ediblər.

Nümayəndə heyətinə İsveçrədən olan Andreas Qros rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR