Mingəçevirdə mərkəzi bazarın qarşısında qətl törədilib - VİDEO

Mingəçevirdə mərkəzi bazarın qarşısında qətl törədilib - <span style="color: red;">VİDEO
# 05 noyabr 2015 09:01 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində qətl hadisəsi törədilib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında baş verib.

Ağdam rayonunun Nəmərli kənd sakini, 1985-ci il təvəllüdlü Vəliyev Pərviz İsrafil oğlu Mingəçevir şəhər sakini, 1973-cü il təvəllüdlü Mustafayeva Yeganə Fəxrəddin qızını bıçaqlayaraq qətlə yetirib. P. Vəliyev insanların gözü qarşısında qeyri-rəsmi birgə yaşadığı Y. Mustafayevanın ürək nahiyəsinə 3 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətlin motivləri hələ məlum deyil. P. Vəliyev könüllü olaraq Mingəçevir şəhər Polis Şöbəsinə gedərək təslim olub.


Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR