Macarıstanın xarici işlər naziri Bakıya gəlir

Macarıstanın xarici işlər naziri Bakıya gəlir
# 23 iyun 2016 15:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyunun 28-də Bakıda Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycan və Macarıstan arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın 5-ci iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri Şahin Mustafayev, Macarıstan tərəfdən isə bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyartodur.

Macarıstan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR