Ağstafada mağaza yanıb

Ağstafada mağaza yanıb
# 25 sentyabr 2016 22:35 (UTC +04:00)

Bakı-APA. Ağstafada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu , Köçəsgər kəndində vətəndaşa məxsus, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 25 m2 olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR