Rusiya XİN ABŞ Dövlət Departamentinin bəyanatını radikallara çağırış kimi qiymətləndirib

Rusiya XİN ABŞ Dövlət Departamentinin bəyanatını radikallara çağırış kimi qiymətləndirib
# 29 sentyabr 2016 15:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "ABŞ Dövlət Departamentinin bəyanatı radikalları fəaliyyətə keçməyə çağırışdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Bu bəyanat başa düşdüyümüz kimi radikalların özünə müraciətdir. Bizim bunu başqa cür qiymətləndirmək variantımız yoxdur", - deyə Rusiya XİN nümayəndəsi qeyd edib.

Xatırladaq ki, Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, Suriyada vətəndaş müharibəsi davam etsə, ekstremistlər əməliyyatları genişləndirmək üçün boşluqlardan istifadə edəcəklər, Rusiya isə resurslarını itirməkdə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR