Daşkəsən rayon sakinini ayı yaralayıb

Daşkəsən rayon sakinini ayı yaralayıb
# 05 aprel 2016 21:37 (UTC +04:00)

Gəncə. Azər Məmədli – APA. Daşkəsən rayon sakini ayının hücumuna məruz qalıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çıraqlı kənd sakini, 1984-cü il təvəllüdlü Elbrus Bayramov ayaq nahiyəsindən ayı dişləməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulması üçün Daşkəsən rayon Mərkəzi xəstəxanasına göndərilib. E. Bayramov bildirib ki, son günlər təmas xəttində atəş səslərindən hürkən vəhşi heyvanlar kəndlərə doğru hərəkət edirlər. O bu gün əkin sahəsində işləyən zaman ayının ona hücum etdiyini və yaraladığını bildirib.

Qeyd edək ki, Çıraqlı kəndi də Murov dağının ətəyində yerləşir və qoşunların təmas xəttinə yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR