ABŞ-da erməni 7 il azadlıqdan məhrum edilib

ABŞ-da erməni 7 il azadlıqdan məhrum edilib
# 23 sentyabr 2016 13:12 (UTC +04:00)

Bakı - APA. Keçən il ABŞ-da avtomobilində 360 kq marixuana aşkarlanmış erməni Aşot Qriqoryan özünü günahkar sayıb.

APA-nın “Springfield News-Leader” nəşrinə istinadən verdiyi məlumata görə, 58 yaşlı A. Qriqoryan keçən ilin yanvarında maşınının yük yerindəki soyuducuda aşkarlanmış narkotiki satmaq məqsədilə saxladığını etiraf edib.

A. Qriqoryan 7 il azadlıqdan məhrum edilib, ancaq o, 120 gün sonra azadlığa çıxa bilər. Çünki A. Qriqoryan 120 günlük "şok saxlanılma" proqramına razılaşıb. 120 gündən sonra həbsxanada keçiriləcək məhkəmədə A. Qriqoryanın 5 il şərti azadlıqdan məhrum edilib-edilməyəcəyi barədə qərar veriləcək.

Qeyd edək ki, A. Qriqoryan 4 min dollar müqabilində maşını ilə 360 kq marixuananı Kaliforniyadan Nyu-Yorka aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR