Oğuz rayonunda 63 yaşlı qadın tüstüdən zəhərlənib

Oğuz rayonunda 63 yaşlı qadın tüstüdən zəhərlənib
# 10 may 2016 07:26 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuzda 63 yaşlı qadın dəm qazından və tüstüdən zəhərlənib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 02:45 radələrində Oğuz şəhəri, Gənclər küçəsində yaşayan, 1953-cü il təvəllüdlü Pakizə Məmmədəli qızı İsfəndiyarova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, o, evin həyətyanı sahəsindəki tövlədə baş verən yanğın zamanı dəm qazı və tüstüdən zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Pakizə İsfəndiyarovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR