Bakı-APA. Tunisdə partlayış nəticəsində 4 polis əməkdaşı ölüb.
APA-nın Reuters agentliyinə məlumatına görə, ölkənin cənubunda yerləşən Tatavin şəhərində terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
Bildirilir ki, polisin həyata keçirdiyi reyd zamanı bir silahlı məhv edilib.