Səhiyyə Nazirliyi: “Ebola” virusu ilə bağlı imzalanmış əmr qüvvədədir

Səhiyyə Nazirliyi: “Ebola” virusu ilə bağlı imzalanmış əmr qüvvədədir
# 26 yanvar 2016 11:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2014-cü ildə Səhiyyə Nazirliyində “Ebola” virusu ilə bağlı imzalanmış əmr hələ qüvvədədir”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyası Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.

O bildirib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda “Ebola” virusu ilə bağlı palatalar mövcuddur: “Bu palatalar dünya təcrübəsinə uyğundur. Virus aşkarlansa, həmin xəstələr hospitallaşdırılacaq”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda “donuz qripi”, “Ebola”, MERS viruslarına qarşı toxunulmaz dərman ehtiyatı yaradılıb: ““Ebola” virusunun müalicəsi simptomatik müalicədir”.

Qeyd edək ki, bu il yanvarın 21-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Syerra-Leonedə “Ebola” virusuna yeni yoluxma halları qeydə alıb. ÜST-ün “Ebola” üzrə xüsusi nümayəndəsi Bryus Eylvard bildirib ki, “Ebola" mutasiya edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR