“Meliorasiya və irriqasiya haqqında” qanuna yeni bənd əlavə edilir

“Meliorasiya və irriqasiya haqqında” qanuna yeni bənd əlavə edilir
# 16 sentyabr 2016 11:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanunun 12-ci maddəsinə yeni bəndin əlavə edilməsi təklif olunur.

Əlavəyə görə, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR