APA-nın yerli bürosunun məlumatına görə hərəkətdə olan "VAZ-21011" markalı minik avtomobili "Kamaz"a arxadan çırpılıb. Ölən şəxs 1971-ci il təvəllüdlü Göygöl rayon sakini Qurbanov Qurban Oktay oğludur.
***
21.40
Göygöldə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Üçtəpə kəndində keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-21011" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Qəza yerinə DYP əməkdaşları cəlb olunub.