Azərbaycan saytlarının 0,3%-i “fişinq” hücumuna məruz qalır

Azərbaycan saytlarının 0,3%-i “fişinq” hücumuna məruz qalır
# 02 mart 2019 15:25 (UTC +04:00)

Azərbaycanın “az” domenində qeydiyyatdan keçən saytlardan hər 274-dü nəticə etibarı ilə bir uğurlu “fişinq” hücumuna məruz qalır.

ONA-nın xəbərinə görə, bu barədə Netcraft analitik şirkətinin məlumatında deyilir.

Şirkətin fevral ayına olan statistik göstəricilərə görə, bu rəqəm, milli domendə qeydiyyatdan keçən saytların 0,36 faizini təşkil edir ki, bu da yanvar ayı ilə müqayisədə 0,02 faiz azdır.

Qeyd edək ki, bu günə Azərbaycanın “az” domenində qeydiyyatdan keçən saytların sayı 31815 ədəd təşkil edir.

Məlumata əsasən Ukraynada hər 226 sayta, Özbəkistanda - 534, Rusiyada - 369, Qırğızıstanda – 243, Belarusda - 624, Qazaxıstanda – 579, Gürcüstanda 163 və Ermənistanda – 474 sayta bir uğurlu “fişing” hücumu düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR