Salvadorun sabiq prezidenti həbs edilib

Salvadorun sabiq prezidenti həbs edilib
# 31 oktyabr 2016 01:35 (UTC +04:00)

Salvadorun sabiq prezidenti Elias Antonio Saka Qonsales həbs edilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, o çirkli pulların yuyulması və külli miqdarda pulu mənimsəməkdə təqsirli bilinir.

Qonsaleslə birgə həmçinin Salvador hökumətinin 6 keçmiş yüksək rütbəli məmuru da həbs edilib.

Əvvəllər tanınmış jurnalist olan Qonsales 2004-2009 illərdə prezident postunu tutub.

Qeyd edək ki, bu ilin yanvarında Salvadorun digər eks-prezidenti Maurisio Funesə qarşı korrupsiya ittihami irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR