Bankların qiymətli kağızlara marağı artıb

Bankların qiymətli kağızlara marağı artıb
# 27 iyul 2018 14:14 (UTC +04:00)

Bu il iyul ayının 1-nə banklar tərəfindən qiymətli kağızlara 2 mlrd. 949,3 mln. manat vəsait yönəldilib.

APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu, may ayındakı göstəricidən 60,6 mln. manat və ya 2,1% çoxdur.

Qeyd edək ki, 2018-ci ilin iyul ayının 1-nə banklar tərəfindən 1 mlrd. 850,6 mln. manatlıq qiymətli kağız dövriyyəyə buraxılıb. May ayı ilə iyun ayını müqayisə edəndə məlum olur ki, ötən ay banklar tərəfindən qiymətli kağızlar buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR