Siyəzəndə 60 hektar ərazi yanıb

Siyəzəndə 60 hektar ərazi yanıb
# 07 avqust 2017 16:02 (UTC +04:00)

Siyəzən rayonunda yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon ərazisində 60 hektar ərazidə yabanı halda bitən kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR