Misir polisi Sinayda terror aktı planlaşdıran 3 silahlını məhv edib

Misir polisi Sinayda terror aktı planlaşdıran 3 silahlını məhv edib
# 27 noyabr 2017 22:41 (UTC +04:00)

Misir polisi Sinay yarımadasında terrorçuların hücumunun qarşısını alıb.

APA-nın məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

Məlumata əsasən, Sinay yarımadasının şimalında, Əl-Əriş şəhərində terrorçular nəzarət-keçid məntəqəsini atəşə tutub. Atışma zamanı asayiş keşikçiləri 3 terrorçunu məhv edib, daha 2-ni yaralayıblar.

Noyabrın 24-də Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər ölüb, 128 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR