Gəncədə bir ailənin 4 üzvünü vuran avtomobil sürücüsünün kimliyi məlum olub - YENİLƏNİB-1

Gəncədə bir ailənin 4 üzvünü vuran avtomobil sürücüsünün kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB-1
# 06 noyabr 2016 19:48 (UTC +04:00)

Gəncədə ata, ana və övladlarını avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 34 yaşlı Əziz Tanrıverdiyev idarə etdiyi “VAZ 2104” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidindən keçmək istəyən 28 yaşlı Elxan Binnətovu, onun həyat yoldaşı 26 yaşlı Aygül Adıgözəlova və övladları 6 yaşlı Validə ilə 7 yaşlı İsraili vurub.

Xəsarət alanlar dərhal Gəncə şəhər Təcili Tİbbi Yardm xəstəxanasına yerləşdiriliblər. Yaralılardan Aygül Adıgözəlovanın vəziyyəti orta ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti isə normaldır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***

14:22

Bu gün Gəncə şəhərində "VAZ 2105" markalı minik avtomobilinin Aygül Adıgözəlova ilə bərabər həyat yoldaşı, 1990-cı il təvəllüdlü Elxan Binnətov və övladları - 6 yaşlı Validə və 7 yaşlı İsraili vurduğu məlum olub.

APA-nın Qərb bürosunun məlumatına görə, onlar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

E. Binnətov və övladlarına ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. A. Adıgözəlova isə müxtəlif dərəcəli xəsarətlər aldığı üçün xəstəxanaya yerləşdirilib.

***

saat 14.07

Bu gün Gəncə şəhərində 26 yaşlı qadını avtomobil vurub.

APA-nın Qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Adıgözəlova Aygül Qulu qızını şəhərin Heydər Əliyev prospektində avtomobil vurub.

Xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdıra aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR