Nazir: “Neft hasilatının dondurulması ilə bağlı “Yol xəritəsi”nin qəbulu İran və İraqdan asılıdır”

Nazir: “Neft hasilatının dondurulması ilə bağlı “Yol xəritəsi”nin qəbulu İran və İraqdan asılıdır”
# 29 oktyabr 2016 11:27 (UTC +04:00)

OPEC-in iclasında Əlcəzairdə əldə olunan razılığın davamı olaraq neft hasilatının dondurulması ilə bağlı “Yol xəritəsi”nin qəbulu təşkilata üzv olan və olmayan ölkələrin xüsusilə də, İran və İraqın tutduğu mövqedən asılı olacaq.

APA-Economics” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

“Bu, hər şeydən əvvəl OPEC üzləri, xüsusilə də İran və İraqın tutduğu mövqedən asılı olacaq”, - deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, OPEC-ə üzv olan ölkələrin böyük əksəriyyəti bazarda qiymətlərin sabitləşməsi və artımına nail olmaq üçün bu təşəbbüsü dəstəkləsələr də, İran və İraq neft hasilatının artırılmasında, eləcə də istehsalla bağlı əvvəlki mövqelərini bərpa etməkdə maraqlıdır.

“Buna görə də ilin sonuna qədər baş verə biləcək hadisələr baxımından bu ölkələrin baxışlarını öyrənmək bizim üçün çox əhəmiyyətlidir”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, Əlcəzairdə əldə edilmiş razılığın həyata keçirilməsinə nail olmaq üçün Vyanada OPEC-in xüsusi komitəsinin iclası keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR