Azərbaycanda 2018-2022-ci illərdə təsərrüfatbaşına uçot aparılacaq

Azərbaycanda 2018-2022-ci illərdə təsərrüfatbaşına uçot aparılacaq
# 31 oktyabr 2016 22:40 (UTC +04:00)

Nazirlər Kabineti “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2018-2022-ci illər üçün açılması haqqında” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Dövlət Statistika Komitəsinə tapşırılıb ki, təsərrüfatbaşına uçot sənədlərinin yeni nümunələrini çap etdirərək 2017-ci il oktyabrın 1-dək müvafiq bölgü əsasında şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati dairələri üzrə nümayəndəliklərinə çatdırılmasını təmin etsin.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2018-2022-ci illər üçün yeni uçot sənədlərinin tətbiqini Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etməlidirlər. Eyni zamanda Maliyyə Nazirliyinə tapşırılıb ki, 2018-2022-ci illər üçün şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi üçün 2017-ci ilin dövlət büdcəsində lazım olan maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR