Beynəlxalq koalisiya “İŞİD”in mövqelərinə 21 hava zərbəsi endirib

Beynəlxalq koalisiya “İŞİD”in mövqelərinə 21 hava zərbəsi endirib
# 15 yanvar 2017 19:22 (UTC +04:00)

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr “İŞİD”in mövqelərinə 21 hava zərbəsi endirib.

APA-nın RİA Novosti agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Məlumata görə, koalisiya terrorçuların canlı qüvvə və hərbi texnikasına Suriyada 16, İraqda isə 5 hava zərbəsi endirib.

Xatırladaq ki, 2014-cü ilin avqustundan ABŞ başda olmaqla beynəlxalq koalisiya İŞİD-in İraqda, sentyabrdan isə Suriyada yerləşən mövqelərinə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR