Ukrayna Rusiyaya qarşı BMT Beynəlxalq Məhkəməsində iddia qaldırıb

Ukrayna Rusiyaya qarşı BMT Beynəlxalq Məhkəməsində iddia qaldırıb
# 16 yanvar 2017 19:35 (UTC +04:00)

Ukrayna xarici işlər nazirliyi Rusiya tərəfindən BMT-nin terrorçuluğu maliyyələşdirilmə və irqi diskriminasiyanın bütün növlərinin ləğvi haqqında Beynəlxalq Konvensiyalarını pozduğuna görə Rusiyaya qarşı Haaqadakı Beynəlxalq Məhkəmədə iddia qaldırıb.

APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, bu barədə özünün “Twitter” hesabında Ukrayna XİN-in spikeri Maryana Betsa yazıb.

“Bu dəqiqələrdə Ukrayna BMT Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırdı. Bu, tarixi iddiadır”, M.Betsa yazıb.

Qeyd edək ki, iddia Ukrayna prezidenti Pyotr Poroşenkonun tapşırığı əsasında qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR