Ağcabədidə iki minik avtomobili toqquşub, xəsarət alan var

Ağcabədidə iki minik avtomobili toqquşub, xəsarət alan var
# 16 aprel 2017 22:31 (UTC +04:00)

Ağcabədidə yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Boyat kəndinə qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” markalı minik maşınında yaranan texniki nasazlıqdan idarəetməni itirən sürücü qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ”-ın sərnişini, rayonun İmamqulubəyli kənd sakini Həsənov İntiqam Hüseyin oğlu kəllə beyin travması ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı İ.Hüseynovun vəziyyəti ağırdır.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR