Rezidenturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Rezidenturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb
# 01 avqust 2017 11:58 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələrini açıqlayıb. DİM-dən APA-ya verilən xəbərə görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 13 namizəd ərizə ilə müraciət edib. Onlardan 11 namizəd qəbul olub.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 2 və 3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Qəbul olmuş 11 namizədin siyahı ilə DİM-in saytından tanış ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR