Qaz abunəçiləri üzrə informasiya ehtiyatı “Elektron hökumət” portalına inteqrasiya olunacaq

Qaz abunəçiləri üzrə informasiya ehtiyatı “Elektron hökumət” portalına inteqrasiya olunacaq
# 13 avqust 2015 12:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Qaz abunəçiləri üzrə informasiya ehtiyatı “Elektron hökumət” portalına inteqrasiya ediləcək.

Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (İTRİ) əməkdaşları ilə müzakirə aparılıb.

Görüş zamanı həmçinin portal üzərindən informasiya mübadiləsi aparılmaqla “104” çağrı mərkəzinin işinin təkmilləşdirilməsi, müvafiq elektron xidmətlərin təşkili, uyğun servislərin hazırlanması və sair məsələlər müzakirə edilib.

Toplantının əsas məqsədi “Azəriqaz” İB-nin informasiya sisteminin portala qoşulması ilə ictimai tələbatın yüksək olduğu xidmətlərin elektronlaşdırılaraq “bir pəncərə” prinsipi üzrə “Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim edilməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR