“Azərişıq” ASC-nin nizamnamə kapitalı 200 mln. manatdan çox artırılıb

“Azərişıq” ASC-nin nizamnamə kapitalı 200 mln. manatdan çox artırılıb
# 04 iyun 2018 15:08 (UTC +04:00)

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalı artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Beləliklə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 1 milyard 460 milyon 633 min 532 manat manatdan 1 milyard 678 milyon 705 min 343 manat 47 qəpiyə qaldırılıb. Cəmiyyətin nizamnamə kapitalı səhmlərinin nominal dəyərindən təşkil olunur və bir səhmin nominal dəyəri 2 manat olan adi adlı səhmdən ibarətdir. Cəmiyyətin nizamnamə kapitalının artırılması ilə əlaqədar səhmlərinin sayı 730 milyon 316 min 766 ədəddən 839 milyon 352 min 671 ədədə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR