Şirvan şəhərinin su təchizatında problem yaranıb

Şirvan şəhərinin su təchizatında problem yaranıb
# 07 iyul 2018 10:03 (UTC +04:00)

Şirvan şəhərinin su təchizatında problem yaranıb. Suyun təzyiqinin aşağı olması səbəbindən şəhərin bəzi hissələrinə su verilmir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 2 aydan çoxdur ki, şəhərin əksər ərazisində su fasilələrlə verilir. Artıq 10 gündür bəzi yerlərdə ümumiyyətlə suyun verilməsi dayandırılıb. Bu isə sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, havaların kəskin isti keçməsi ilə əlaqədar əhalinin suya olan tələbatı artıb: "Suyun olmaması həm gigiyenik baxımdan, həm də içməli su təchizatı baxımından narahatlıq yaradır. Eyni zamanda, yaşıllıqların məhv olmasına səbəb olur".

“Azərsu” MMC-nin Şirvan su kanal idarəsindən isə bildiriblər ki, suyun təzyiqi aşağı olduğundan əhalinin su ilə təchizatında problemlər yaranıb.

Xatırladaq ki, Şirvan şəhəri mənbəyini Kür su kəmərləri sistemindən götürən uzunluğu 107 km olan Şirvan-Muğan qrup su kəmərinə qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR