Nigeriyada terrorçuların kəndə hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb

Nigeriyada terrorçuların kəndə hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb
# 19 avqust 2015 20:58 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın Yobe ştatında “Boko Haram” terror qruplaşmasının silahlılarının Kukuva-Qari kəndinə hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti hücum zamanı qaçaraq çayı üzüb keçməyə çalışarkən boğulub, qalanları isə terrorçular tərəfindən qətlə yetirilib.

Müşahidəçilərin bildirdiyinə görə, Kukuva-Qari kəndinə hücum “Boko Haram” qruplaşmasının son aylar ərzində törətdiyi ən qanlısı olub. Ölənlərin sayının artacağı istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR