Prokuror saxta qızılları girov qoyaraq külli miqdarda pul ələ keçirən qadınlara cəza istəyib

Prokuror saxta qızılları girov qoyaraq külli miqdarda pul ələ keçirən qadınlara cəza istəyib
# 11 noyabr 2016 09:31 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən qadınların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin tam sübuta yetirildiyini deyib.

Prokuror Asya Hüseynovaya və Sevinc Orucovanın hər birinin 10 il, Könül Əliyevanın isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 18-də davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər kustar üsulla hazırlanmış saxta qızılları girov qoyaraq dələduzluq yolu ilə Səmayə Hüseynovanın ümumilikdə 380 min manat, Gülşən İmranovanın isə 42 min manat nəğd pulunu ələ keçiriblər.

Könül Əliyeva və Sevinc Orucova barəsində həbs qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR