İlkin məlumat: Zəlzələ nəticəsində tələfat yoxdur - YENİLƏNİB-1

İlkin məlumat: Zəlzələ nəticəsində tələfat yoxdur - <span style="color: red;">YENİLƏNİB-1
# 15 noyabr 2017 22:48 (UTC +04:00)

Zəlzələ nəticəsində Tərtərin İsmayılbəyli kəndində Qubadov Qəhrəmana və Elgiz İbrahimova məxsus ev uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ilkin məlumata görə, Tərtər rayonunda ümumilikdə 8 evə ziyan dəyib.

Zəlzələdən sonra Ağdam rayonunun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

***

01:38

Tərtər rayonunda zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtərin Qapanlı kənd sakini Məmmədov Şahid İbrahim oğlu zəlzələ zamanı tövlədə olub və dağıntı altında qaldığından yüngül xəsarət alıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Bərdədə isə Meşəçilik adlanan ərazidə məskunlaşan Salmanova Sərvi Səməd qızına məxsus çiy kərpicdən tikilən ev uçub. Hadisə vaxtı ailə üzvlərindən xəsarət alan olmayıb.

***

01:13

Ağdamda baş verən zəlzələ bəzi fəsadlar törədib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, zəlzələdən sonra təşvişə düşən sakinlər küçələrə çıxıb.

Xüsusilə çoxmərtəbəli bina sakinləri mənzillərinə daxil olmağa ehtiyat edirlər.

Ağdamda köçkünlərin məskunlaşdığı “Daş evlər” qəsəbəsində yaşayan Kərimova Aidə APA-ya açıqlamasında bildirib ki, yaşadığı evin divar və tavanında çatlar yaranıb, ev qəzalı vəziyyətə düşüb.

APA-nın Qarabağ müxbirinin əldə etdiyi məlumata görə Ağdam, Bərdə və digər ətraf rayonlarda tələfat yoxdur. Bəzi ev və tikililərdə çatlar əmələ gəlib, şüşələr sınıb

Qeyd edək ki, axşam saat 23:48-də Ağdam rayonu ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR