Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb
# 09 sentyabr 2017 18:12 (UTC +04:00)

Meksika sahillərində 8,2 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Enrike Penya Nyeto bildirib.

Qeyd edək ki, 8,2 bal gücündə zəlzələ ötən gün saat 04.49-da (Bakı vaxtı ilə 08.49-da baş verib. Zəlzələnin episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, yerin səthindən 33 km dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR