Ombudsman İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin prezidentini qəbul edib

Ombudsman İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin prezidentini qəbul edib
# 24 oktyabr 2017 15:08 (UTC +04:00)

İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Gnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müvəkkil bildirib ki, başçəkmələr zamanı saxlanılan şəxslər konfidensial şəkildə qəbul edilir, onların müraciətləri qəbul olunur, müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilir.

Ombudsman qeyd edib ki, hər bir polis şöbəsində, penitensiar müəssisələrdə və şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərdə işgəncələr və uşaq hüquq pozuntusu ilə bağlı məlumatları qəbul edən 24 saat fəaliyyət göstərən “qaynar xətt” lövhələri asılıb.

M. Gnatovski Ombudsman təsisatı ilə CPT arasında əməkdaşlığın önəmini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR