Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub

Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub
# 19 dekabr 2016 22:47 (UTC +04:00)

Rusiya və Türkiyə XİN başçıları arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya-Türkiyə-İran XİN başçılarının Suriya ilə bağlı sabah keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün Moskvaya səfər edən Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında terror təhlükəsinə qarşı daha effektli mübarizə səylərinin gücləndirilməsi niyyətində olduqlarını təsdiqləyiblər.

Nazirlər Rusiya-Türkiyə münasibətlərinin inkişafını pozmaq niyyətində olan təxribatların uğur qazanmağının mümkün olmadığını bir daha vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR