Samuxda avtomobil çalaya düşüb, sürücü xəsarət alıb

Samuxda avtomobil çalaya düşüb, sürücü xəsarət alıb
# 26 oktyabr 2017 07:07 (UTC +04:00)

Samuxda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Hacıalılar kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Sahil Əmrah oğlu idarə etdiyi avtomobil idarəetmədən çıxıb və təmir aparılan yolda yaranmış çalaya düşüb. Nəticədə sürücü xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR