Zabratda yolu keçən kişini maşın vuraraq öldürüb

Zabratda yolu keçən kişini maşın vuraraq öldürüb
# 11 dekabr 2017 08:49 (UTC +04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 10-da saat 7:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Afiq Quliyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Misirxan Rzayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR