Siyəzəndə bıçaqlanan şəxs polisi aldatmaq istəyib

Siyəzəndə bıçaqlanan şəxs polisi aldatmaq istəyib
# 16 noyabr 2016 08:43 (UTC +04:00)

Siyəzəndə bıçaqlanan şəxs polisi aldatmaq istəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 9-da Siyəzən rayonunun Zarat kəndindən kənd sakini Samir Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. O, izahatında xəsarəti yaşadığı evin damından yıxılması nəticəsində aldığını bildirib.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalarla S.Məmmədova xəsarətin bıçaqla həmkəndlisi Orxan Fərzəliyev tərəfindən yetirilməsi müəyyən edilib və həyata keçirilmiş tədbirlərlə O.Fərzəliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR