Bakı-Qazax yolunda qəzaya düşən avtobusun sərnişinləri Qoridən gələn məktəblilər və onların valideynləri olub - YENİLƏNİB-1

Bakı-Qazax yolunda qəzaya düşən avtobusun sərnişinləri Qoridən gələn məktəblilər və onların valideynləri olub - <span style="color: red;">YENİLƏNİB-1
# 01 iyun 2018 11:24 (UTC +04:00)

Bakı-Qazax yolunda qəzaya düşən turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

***

12:59

Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.

Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

Xəsarət alanlar Hacıqabul, Şirvan və Ələtdəki xəstəxanalara çatdırılıb.

***

12:27

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR