Kosta-Rikada zəlzələ baş verib

Kosta-Rikada zəlzələ baş verib
# 01 dekabr 2016 02:13 (UTC +04:00)

Kosta-Rikanın mərkəzi bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri paytaxt San-Hose şəhərindən 30 km aralıda, ocağı isə 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR