ABŞ prezidenti İranla yeni nüvə sazişinin bağlanmasını istisna etməyib

ABŞ prezidenti İranla yeni nüvə sazişinin bağlanmasını istisna etməyib
# 17 iyul 2018 22:36 (UTC +04:00)

Rəsmi Tehran təşəbbüs göstərərsə İranın nüvə proqramına dair yeni saziş bağlana bilər.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Bildiyiniz kimi, biz İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxmışıq. Bu İrana mənfi təsir göstərib, əhəmiyyətli dərəcədə zəiflədib. Ümid edirəm ki, müəyyən bir anda onlar bizə zəng edərək müvafiq təşəbbüs göstərəcək və yeni bir saziş bağlanacaq. Bu ola da bilər, olmaya da bilər”, deyə D.Tramp vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR