DAK Azərbaycana məxsus “AN-12” təyyarəsinin Əfqanıstanda qəzaya uğramasına dair ilkin hesabat dərc edib - YENİLƏNİB

DAK Azərbaycana məxsus “AN-12” təyyarəsinin Əfqanıstanda qəzaya uğramasına dair ilkin hesabat dərc edib - <span style="color: red;">YENİLƏNİB
# 15 noyabr 2016 19:56 (UTC +04:00)

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 2016-cı ilin mayın 18-də 7 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus “AN-12” yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramasına dair ilkin hesabat dərc edib.

APA-nın “RİA Novosti/Praym”a istinadən verdiyi xəbərə görə,

Hesabatda qeyd olunub ki, təyyarə uçuş zolağından kənara çıxaraq ciddi zədələr alıb və alışıb, nəticədə təyyarənin böyük hissəsi tam sıradan çıxıb.

“Saatda 220 km sürət (maksimal yığdığı sürət) yığmış təyyarə uçuş-eniş zolağındakı çıxış nişanına təxminən 260 metr qalmış pilot təyyarəni havaya qaldırmaq üçün şturvalı “özünə” çəkməyə başlayıb. Lakin təyyarə uçuş-eniş zolağından havaya qalxmayıb. Uçuş-eniş zolağını tam qət edən təyyarə saatda 220 km sürətlə zolaqdan kənara çıxıb”, - deyə hesabatda qeyd olunub.

Hesabatda, həmçinin, təyyarə komandirinin ekipaja vintləri maksimal burulma həddinə gətirilməsinə dair əmr verdiyi qeyd olunub. Bu əmrdən sonra birinci və dördüncü mühərriklərdə, 17 saniyə sonra isə - ikinci mühərrikdə vintlərin burulmasında müəyyən sürətlənmə qeydə alınıb. Bu isə birinci, ikinci və dördüncü mühərriklərdə vintlərin maksimal burulma həddinə gətirilməsini dolayı təsdiqləyir.

“Üçüncü mühərrikdə vintlərin maksimal burulma həddinə gətirilməsini təsdiqləyən əlamətlər qeydə alınmayıb”, - deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, mayın 18-də “Silk Way” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

Təyyarə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR