Ukrayna prezidenti Saakaşvilinin tutduğu vəzifədən azad edilməsinə dair sərəncam imzalayıb

Ukrayna prezidenti Saakaşvilinin tutduğu vəzifədən azad edilməsinə dair sərəncam imzalayıb
# 09 noyabr 2016 22:34 (UTC +04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə məlumat Ukrayna dövlət başçısının saytında dərc edilib.

Digər sərəncamla, M.Saakaşvili Ukrayna prezidentinin ştatdankənar müşaviri vəzifəsindən də azad edilib.

Qeyd edək ki, noyabrın 7-də Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR