“Ferents Puşkaş” mükafatının qalibi məlum olub

“Ferents Puşkaş” mükafatının qalibi məlum olub
# 23 oktyabr 2017 23:50 (UTC +04:00)

FİFA ötən ilin ən yaxşılarını mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin paytaxtı Londonda, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub.

Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. “Ferents Puşkaş” mükafatı Fransa millisinin və “Arsenal”ın hücumçusu Olivye Jiruya təqdim olunub.

Jirunun “Arsenal” - “Kristal Palas” oyununda dabanla vurduğu qol bütün rəqiblərini qabaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR