Azərbaycan yığmasının Türkiyədə oynayan üzvü: "Futbolçular üçün təhlükə davam edir"

Azərbaycan yığmasının Türkiyədə oynayan üzvü: "Futbolçular üçün təhlükə davam edir"
# 19 mart 2020 11:05 (UTC +04:00)

"Milli komandaların oyunlarının təxirə salınması doğru qərar idi. Amma təəssüf ki, Türkiyədə liqalar dayandırılmayıb, oyunlar davam edir".

Bunu apasport.az saytına 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Doğukan Öksüz deyib.

Üçüncü liqa təmsilçisi "Yomraspor"un formasını geyinən gənc hücumçu koronavirus pandemiyasının Türkiyədə yayılmasına baxmayaraq, futbol yarışlarının hələ də təxirə salınmamasından narazıdır. Öksüz hazırkı durumu özləri üçün təhlükəli hesab edir: "Türkiyədə koronavirus xəstəliyinə yoluxanlar var. Amma matçlarımız təxirə salınmayıb. Bizim üçün də təhlükəli məqamdır. Oyunlar azarkeşsiz keçirilir. Yəni belə qərar verilib. Lakin futbolçular üçün təhlükə hələ davam edir”.

Qeyd edək ki, Doğukan Öksüz “Yomraspor”a bu ilin yanvarında “Eyüpspor”dan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR