Türkiyədə PKK-çılarla toqquşmada 3 əsgər ölüb, 6 terrorçu məhv edilib

Türkiyədə PKK-çılarla toqquşmada 3 əsgər ölüb, 6 terrorçu məhv edilib
# 31 oktyabr 2016 20:25 (UTC +04:00)

Türkiyənin Hakkari vilayətinin Yüksəkova qəsəbəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub.

APA-nın məlumatına görə, atışma zamanı 3 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Əməliyyat nəticəsində 6 terrorçu məhv edilib.

Silahlı toqquşma Dağlıca bölgəsindəki Hisar dağında PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı baş verib.

Yaralı əsgər Hakkaridəki xəstəxanaya çatdırılıb.

Terrorçulara qarşı havadan da dəstək verilən əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR