Çökmə qeydə alınan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Çökmə qeydə alınan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
# 04 oktyabr 2017 10:45 (UTC +04:00)

"Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb".


"APA-Economics" xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Qurum rəsmisi dərhal hadisə yerinə "Azəravtoyol" ASC-nin əməkdaşları cəlb olunduğunu vurğulayıb.

"Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb. Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq”, - deyə o qeyd edib.

A. Nəcəfli həmin küçədə nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığını da əlavə edib: "Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər".

Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR