Çində kişi 5 qonşusunu bıçaqla qətlə yetirib, 2-ni isə yaralayıb

Çində kişi 5 qonşusunu bıçaqla qətlə yetirib, 2-ni isə yaralayıb
# 04 fevral 2017 03:14 (UTC +04:00)

Çinin Henyan əyalətinin sakini münaqişə zəminində 5 qonşusunu bıçaqlayaraq qətlə yetirib, daha 2-ni isə yaralayıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yunçen şəhərində qeydə alınıb.

Hadisə yerinə gələn polis əməkdaşları üç nəfərin meyitini, dördünün isə yaralandığını aşkarlayıb. Xəsarət alanlardan ikisi xəstəxanada keçinib.

Qonşularına hücum edən şəxs cinayəti törətdikdən sonra intihara cəhd edib. İlkin ehtimala əsasən, faciəyəyə səbəb torpaq üstündə mübahisə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR