“Qara bağ” filmi Qırğızıstan Beynəlxalq Film Festivalına dəvət alıb

“Qara bağ” filmi Qırğızıstan Beynəlxalq Film Festivalına dəvət alıb
# 28 noyabr 2016 10:10 (UTC +04:00)

Amil Məmiyevin “Qara bağ” filmi “Qırğızıstan-Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalına dəvət alıb.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival 12-15 dekabr tarixlərində Bişkek şəhərində keçiriləcək.

“Qara bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Filmin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR