Rusiya ABŞ-dakı konsulluğunun bağlanılmasına cavab verəcək

Rusiya ABŞ-dakı konsulluğunun bağlanılmasına cavab verəcək
# 31 avqust 2017 20:22 (UTC +04:00)

Rusiyanın San Fransiskodakı konsulluğunun, Nyu York və Vaşinqtondakı konsulluq qurumlarının bağlanılması - həyasızlıqdır və Rusiya buna, eyni tərzdə olmasa da, cavab verməlidir. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov bildirib.

“Bu həyasızlıqdır. Bunu heç nə baş verməmiş kimi sakit qəbul etmək olmaz. Cavab addımları atmaq üçün qüvvəmiz, imkanlarımız və sağlam düşüncəli insanlarımız var”, - deyə Klimov qeyd edib.

Qeyd edək ki, ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR