® “Azərsun Holdinq”də qanvermə aksiyası keçirilib

<font color=red>® </font>  “Azərsun Holdinq”də qanvermə aksiyası keçirilib
# 11 may 2018 13:37 (UTC +04:00)

“Azərsun Holdinq”də, “SİZ QAN VERMƏKLƏ BAŞQALARINA HƏYAT VERİRSİNİZ!” şüarı altında ənənəvi qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankı ilə birgə təşkil edilən sosial aksiya Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində təşkil edilib. Qanvermədə 500-dən artıq “Azərsun Holdinq” əməkdaşı iştirak edib.

Donor şəxslərə tibbi xidmət göstərilib və toplanılan qan Səhiyyə Nazirliyinin mərkəzi qan bankına təhvil verilib.

Qanvermə aksiyasında iştirak edən Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Gozal əməkdaşlar qarşısında çıxış edərək qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib və hər kəsi bu cür aksiyalara qatılmağa dəvət edib.

Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 12 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR