Meksikanın Azərbaycandakı səfirliyi foto müsabiqəsi elan edir

Meksikanın Azərbaycandakı səfirliyi foto müsabiqəsi elan edir
# 30 avqust 2017 10:09 (UTC +04:00)

Meksikanın Azərbaycandakı səfirliyi Heydər Əliyev Mərkəzi və meksikalı heykəltəraş Xorxe Marin ilə əməkdaşlıq əsasında “Varlığın canlanması” əsər toplusuna aid foto müsabiqə elan edir.

Səfirlikdən APA-ya verilən məlumata görə, müsbiqənin şərtlərinə əsasən Heydər Əliyev Mərkəzində təqdim olunan Xorxe Marinin əsərlərindən biri ilə azərbaycanlı olmağın və ya Azərbaycan cəmiyyətinə məxsus olmağın nə demək olduğunu təsvir etmək və bu şəkli sentyabrın 7-nə qədər [email protected] elektron ünvanına göndərmək lazımdır. 10 ən yaxşı şəkil seçilərək sentyabrın 8-də heykəltəraş Xorxe Marinin "Facebook" səhifəsində yerşəldiriləcək. Həmin tarixdən sentyabrın 14-nə qədər iştirakçların ən çox “layk” toplamaq imkanı olacaq. Sonda üç ən çox bəyənilən şəkil mükafatlandırılacaq və qaliblərin adı sentyabrın 15-də Meksikanın Milli Günü mərasimində elan ediləcək.

Qeyd etmək lazımdır ki, görkəmli meksikalı heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” sərgisi 2016-ci ilin oktyabr ayında Heydər Əliyev Mərkəzində açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR